Xəbər lentİ


Bura Qazaxdı, gözdən uzaqdı

13:55, 08.09.17
528
gundem / sosial
Bura Qazaxdı, gözdən uzaqdıQazax Rayon İcra Hakimiyyətinin başçısı R.Babaşovdur.

Qum-çınqıl sexləri isə qazaxlıları az qala zəlil edib.


Görəsən Ağstafa çayının içində, Qazax Yol İstismar İdarəsinə məxsus qum-çınqıl karyerində məskunlaşan bu evlərdən və bu ailələrdən Qazax Rayon İcra Hakimiyyəti başçısı R.Babaşovun xəbəri varmı?
İnanmaq olmur. Təkcə ona görə ki, icra başçısı təyin edilən gündən Qazağın mərkəzi küçəsində böyük abadlığa və quruculuq işi apartdırır. İcra başçısı əvvəlki icra başçıları kimi mərkəzi küçəni təmir eləməklə işini bitmiş hesab edir. Bu barədə dəfələrlə Milli Məclisdə belə məsələ qaldırılıb. Qazax rayonunda da bir qayda olaraq mərkəzi küçə təmir edilir. Başqa küçə və kəndlər nədənsə nə icra başçısını, nə şəhər sovetini, nə də Qazax bələdiyyəsini əsla narahat etmir. Qazağın qum-çınqıl karxanalarına gedən yolları isə karxana sahibləri çınqılla təmir ediblər. Bura Qazaxdı, gözdən uzaqdıBura Qazaxdı, gözdən uzaqdıBura Qazaxdı, gözdən uzaqdıQazağın aşağı tərəfində əhalinin yaşadığı evlərin beş addımlığında iki qum-çınqıl karxanası var. Bu karxanalar gecə-gündüz xar-xar işləyir. Ətrafdakıları narahat etməsi azmış kimi evlərini toz-torpaq basır. Ağstafa çayını elə müsibətə salıblar ki, çay məcrasını dəyişib. Ətrafda yaşayanların ot bağlamalarına altına axır. Ətraf mühitə və ekologiyaya vurulan zərərdən daha çox əhali əziyyət çəkir. Şəkillərə baxın. Görün pul qazanmaqdan ötrü iş adamları təbiətə necə ziyan vurur, əhalinin sağlamlığına ciddi zərbə vururlar. Çox təəssüf ki, bu biabırçı hal heç kimi narahat etmir. Çayın qazılan yerləri bərpa edilmir. Su ilə dolan çalalara heyvanlar düşüb məhv olur. Nə Qazax Rayon İcra Hakimiyyəti, nə də Ekologiya Nazirliyinin yerli nümayəndələri bu biabırçılığın qarşısını almaq istəmir.
Ən dəhşətlisi odur bu qum karyerinin 5 addımlığında iki gecə qondu tikiblər. 3-4 körpə uşağı olan bu ailələr görünür kimsəsizdirlər. Həmin gecəqondularda yaşayanlar da bu tozun, səsin, xırıltının içində əzabla yaşayırlar. Onların uşaqları da bu dövlətin vətəndaşları deyilmi?
Daşdan-qumdan pul çıxarıb sərin kabinetdə yayın istisində pencəklə oturan məmurlar, icra başçısının qabağında hər gün səhərdən axşama kimi təzim eləyənlər bu biabırçılığı niyə görmürsünüz?
Doğrudanmı bura Qazaxdı, gözdən uzaqdı?

Loğman

Fikirlər

 Oxşar xəbərlər: