Xəbər lentİ


“QAZAX SEMENT ZAVODU”NDAN ŞİKAYƏT VAR. ƏMƏKHAQQILARINI ALA BİLMİRLƏR

14:46, 14.06.17
590
gundem / sikayetler
“QAZAX SEMENT ZAVODU”NDAN ŞİKAYƏT VAR. ƏMƏKHAQQILARINI ALA BİLMİRLƏR Bir qrup vətəndaş zavoddan əməkhaqqılarını ala bilmədikləri üçün Prezident İlham Əliyevə şikayət ediblər.
Ərizəni olduğu kimi dərc edirik.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Qazax şəhər H. Əliyev prospekti döngə 1-də
yaşayan Həsənli Rasim Xəqani oğlu və Azadlıq
küçəsi ev 143-də yaşayan Əfəndiyev Ələddin
Sədi oğlu, Qazax rayon Aşağı Əskipara kənd
sakini, məcburi köçkün Əsgərov Vüsal
Məhəmməd oğlu, Qarapapaq kənd sakini
Əhmədov Emin Əlövsət oğlu, Qazax şəhər
Ə. Şıxlinski küçəsi ev 5, mənzil 7-də yaşayan
Əsgərov Rövşən Bayram oğlu, Çaylı kənd
sakini Bağırov Elçin Maryaq oğlu tərəfindən


Ə R İ Z Ə

Hörmətli Prezident İlham Əliyev!
Bizim şikayətimiz “Qazax Sement Zavodu” MMC-dəndir. (İndiki hüquqi varisi – HGC GROUP MMC) . Onların bizi artıq saatlar, günlər üzrə işlətmələrindən, bizi qanunsuz olaraq işdən çıxartmalarından, işlədiyimiz artıq saatların, günlərin əvəzini isə verməmələrindən və son haqq-hesabın düzgün hesablanıb ödənilməməsindəndir.
Belə ki, mən Rasim Həsənli 30.12.2014-cü il tarixdə sözügüdən müəssisəyə 143/İR saylı əmrlə mühafizəçi vəzifəsinə işə qəbul olunmuşam. 28.12.2016-cı il tarixdə 303K saylı əmrlə AR ƏM-nin 68.2-ci maddəsinə uyğun olaraq işdən çıxarılmışam. Eyni ilə Ələddin Sədi oğlu Əfəndiyev, Vüsal Məhəmməd oğlu Əsgərov, Emin Əlövsət oğlu Əhmədov, Rövşən Bayram oğlu Əsgərov, Elçin Maryaq oğlu Bağırov da mühafizəçi vəzifəsinə işə götürülmüş, bir neçə ildən sonra müxtəlif tarixlərdə işdən çıxarılmışıq. İşlədiyimiz müddətdə biz heç bir irad, töhmət, xəbərdarlıq almamışıq və daim rəhbərliyin etimadını doğrultmuşuq. Biz zavodun yeni fəaliyyətə başladığı müddətdə, ağır vaxtlarında, çətin iş rejimi şəraitində Azərbaycanın iqtisadiyyatında mühüm rol oynaya biləcək xəttini, ölkəmizin daxili təlabatını ödəmək və ixrac edib qazanc əldə edəcəyini nəzərə alıb, çətin şəraitsiz günlərə dözüm nümayiş etdirib dövlətimizin yanında olub dövlətçilik maraqlarımızı hər şeydən üstün tutub sabaha ümidlə baxmışıq.
Biz hüquqlarımızın müdfiəsi üçün aidiyyatı olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Səlim Müslümova rəsmi qayda da müraciət etsək d, dövlət məşğulluq xidməti heç bir araşdırma aparmadan bizim deyil, “Qazax Sement Zavodu” MMC-nin hüquqlarını müdafiə etmişdir. Belə ki, bizim hansı saatlarda, hansı günlərdə, neçə saat işləməyimizi təsdiq edən “AKKORD” Mühafizə Xidməti Növbənin Təhvil Təslim qırmızı üzlüklü, 400 səhifədən ibarət , cildlənmiş, blomplanmış və möhürlə təsdiq olunmuş kitabında, sonrakı HGC GROUP MMC-nin eyni məzmunlu kitabında qeyd edilmişdir. Həmin kitabda qeyd edilən yazılar bizim tələblərimizi tam təsdiq edir. Bizim hamımız aylıq 240-260 saat işlədilmişik. Ancaq əmək müqaviləsində isə 168 saat iş saatı göstərilmişdir.
Hörmətli Prezidentimiz!
Son ümid yerimiz Sizsiniz. Biz Sizə inanır və Sizə güvənirik. Siz bizim tələblərimizin təmin edilməsində yaxından köməklik etməyinizi xahiş edirik.
İmzalar vardır

Fikirlər

 Oxşar xəbərlər: