Xəbər lentİ


Xizək kurortunda uçqun olub, 10 nəfər qarın altında qalıb - İsveçrədə

10:07, 19.01.21
26
dunya
Xizək kurortunda uçqun olub, 10 nəfər qarın altında qalıb - İsveçrədə İsveçrənin "Verbier” dağ xizəkçiliyi kurortunda 10 nəfər qar uçqunun altında qalıb.
TASS xəbər verir ki, bu barədə yerli polisin məlumatında bildirilib.
Qeyd edilib ki, uçqun xizək yolunun kənarında baş verib. Nəticədə bir xizəkçi ölüb, digəri yaralanıb. Ölən şəxsin Britaniya vətəndaşı olduğu bildirilib.
Əraziyə xilasedicilər cəlb edilib. Prokurorluq hadisə ilə əlaqədar istintaq başladıb.

Fikirlər

 Oxşar xəbərlər: