Xəbər lentİ


Əfqanıstanda tikinti şirkətinə hücum: ölənlər var

17:42, 07.03.19
48
dunya
Əfqanıstanda tikinti şirkətinə hücum: ölənlər var Əfqanıstanın Cəlalabad şəhərində silahlı şəxslər tikinti şirkətinin ofisinə hücum ediblər.
Şəhər aeroportunun yaxınlığında qeydə alınan hadisə nəticəsində 3 nəfər ölüb. Ölənlər şirkətin əməkdaşlarıdır.
Silahlı şəxslər binanı ələ keçirdikdən sonra güclü partlayış baş verdiyi bildirilir. Partlayışı terrorçu-intiharçı törədib.
Təhlükəsizlik qüvvələri 3 silahlını zərərsizləşdirə biliblər.
Şirkətin hava limanında tikinti işləri həyata keçirdiyi deyilir.

Fikirlər

 Oxşar xəbərlər: