Xəbər lentİ


Türmədə qanlı iğtişaş - 37 ölü

10:58, 17.08.17
253
dunya
Türmədə qanlı iğtişaş - 37 ölü Venesuelanın Amasonas ştatında həbsxanada baş vermiş iğtişaşlar 37 nəfərin həyatına son qoyub.
Reuters agentliyinin verdiyi xəbərə görə, Venesuela Təhlükəsizlik Xidməti Puerto-Ayakuço şəhərində həbsxanada əməliyyat keçirib.
Məlumata əsasən, hökumət qüvvələrinin həbsxanada nəzarəti bərpa etmək cəhdi məhkumların müqaviməti ilə qarşılaşıb. Nəticədə qanlı toqquşmada 37 dustaq ölüb, polis əməkdaşları arasında itki barədə məlumat verilmir. Venesuela Təhlükəsizlik Xidməti mütəmadi olaraq ölkə həbsxanalarında əməliyyat keçirir. Bu reydlərin əksəriyyətində polislə məhbuslar arasında toqquşmalar baş verir.

Fikirlər

 Oxşar xəbərlər: